"S&P" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiq edib

"S&P" agentliyi "PAŞA Bank"ın reytinqini təsdiq edib Emitentin defoltunun uzunmüddətli reytinqi "ВВ-" səviyyəsində, qısamüddətli - "B" səviyyəsində təsdiqlənib
Maliyyə
13 Dekabr , 2016 14:19
S&P agentliyi PAŞA Bankın reytinqini təsdiq edib

Bakı. 13 dekabr. REPORT.AZ/ “Standard & Poor’s” beynəlxalq reytinq agentliyi növbəti dəfə “PAŞA Bank” ASC-nin reytinqini təsdiq edib. Bu barədə “Report”a bankdan bildirilib.

Məlumata görə, emitentin defoltunun uzunmüddətli reytinqi (“EDR”) “ВВ-“ səviyyəsində, qısamüddətli EDR isə “B” səviyyəsində təsdiq olunub.

“PAŞA Bank”ın İdarə Heyətinin sədri Taleh Kazımovun sözlərinə görə, reytinqin növbəti dəfə bu səviyyədə təsdiq edilməsi bankın bazar mövqeyi ilə bağlı olub: “Makroiqtisadi çağırışların güclənməsinə baxmayaraq, regional maliyyə institutu kimi, müştərilərimizə peşəkar ekspertiza və fərdi xidmət təqdim etməklə, onları dəstəkləməyi davam etdirdik. Beləliklə, “PAŞA Bank”ın reytinqinin təsdiq edilməsi əməliyyat ölkələrində sabit maliyyə mövqeyimizin qorunub saxlanmasının, habelə müştərilərin biznes-tərəfdaş kimi bizə qarşı artan etimadının göstəricisidir”.

“Standard & Poor’s” öz hesabatında “PAŞA Bank”ın Azərbaycanın bank sektoru üçün yüksək əhəmiyyət kəsb etdiyini qeyd edib, bankın biznes mövqeyinin qiymətləndirilməsində korporativ müştərilərə göstərilən xidmətlər seqmentində böyük bazar payını, həmçinin təcrübəli idarəetmə komandasına malik olduğunu nəzərə alıb.

Xatırladaq ki, "PAŞA Bank" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 333 mln. manatdır. Bankın səhmlərinin 60%-i "PAŞA Holdinq" MMC-yə, 30%-i "Ador" MMC-yə, 10%-i isə Arif Paşayevə məxsusdur.

Son xəbərlər

Orphus sistemi