“S&P” 2025-ci ilədək Azərbaycanda inflyasiyanın 5 %-ə qədər yavaşlamasını gözləyir

Maliyyə
  • 23 iyul, 2022
  • 12:25
“S&P” 2025-ci ilədək Azərbaycanda inflyasiyanın 5 %-ə qədər yavaşlamasını gözləyir

Azərbaycanda inflyasiya 2022-ci ildə orta hesabla 13 % olacaq, sonrakı 3 ildə tədricən 5 %-ə düşəcək

“Report” xəbər verir ki, bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

Agentlik 2023-cü ildə istehlak qiymətlərinin artımını 9 %, 2024-cü ildə 6 %, 2025-ci ildə isə 5 % səviyyəsində proqnozlaşdırır.

“Azərbaycanda inflyasiya 2015-ci ildə manatın devalvasiyasından sonra qiymətlərin əhəmiyyətli dərəcədə artdığı 2016-2017-ci illərdə müşahidə olunan səviyyələri üstələməklə əvvəlki proqnozlarımızı üstələməkdə davam edir.

Qiymətlər üzərindəki artım təzyiqi, Azərbaycanın xaricdən geniş çeşiddə mallar idxal etdiyi və xaricdəki inflyasiya dəyişikliklərindən ciddi şəkildə təsirləndiyini nəzərə alsaq, iqtisadiyyatın pandemiyadan sonrakı yenidən açılmasının təsirləri, ərzaq qiymətlərinin inflyasiyası və qlobal tendensiyalardan qaynaqlanır”, - “S&P” qeyd edib.