Rusiyanın xarici borcu kəskin artıb

Rusiyanın xarici borcu kəskin artıb Rusiyanın beynəlxalq ehtiyatları 395,7 mlrd. dollara düşüb
Maliyyə
13 Aprel , 2017 19:51
Rusiyanın xarici borcu kəskin artıb

Bakı. 13 aprel. REPORT.AZ/ Rusiyanın xarici borcu 2017-ci il aprel ayının 1-nə 529,7 mlrd. ABŞ dolları təşkil edib.

"Report" "Rambler News Service" agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib. İlin əvvəlindən Rusiyanın xarici borcu 16,2 mlrd. dollar və ya 3,1% artım göstərib.

Rusiya Bankı iqtisadiyyatın bütün sektorlarında borcun artdığını bildirib. Borc əsasən rus rublunun möhkəmlənməsi fonunda yerli valyutada olan borcların təkrar qiymətləndirilməsi nəticəsində meydana gəlib. Bundan başqa, 2017-ci ilin ilk rübündə dövlət idarəetmə orqanlarının borclarının artdığı vurğulanıb. 

Xatırladaq ki, aprelin 7-nə Rusiyanın beynəlxalq ehtiyatları həftəlik müqayisədə 2,2 mlrd. dollar və ya 0,6% azalaraq 395,7 mlrd. dollara düşüb.

Son xəbərlər

Orphus sistemi