Rusiyanın valyuta ehtiyatları yenidən azalıb

Maliyyə
  • 22 noyabr, 2018
  • 13:15
Rusiyanın valyuta ehtiyatları yenidən azalıb

Bakı. 22 noyabr. REPORT.AZ/ Noyabrın 9-dan 16-na qədər davam edən 1 həftə ərzində Rusiyanın valyuta ehtiyatları 2,2 mlrd. ABŞ dolları, yaxud 0,48% azalaraq 461,5 mlrd. dollardan 459,3 mlrd. dollara düşüb. 

“Report” bu barədə Rusiya Bankına (Mərkəzi Bank) istinadən xəbər verir.

Xatırladaq ki, valyuta ehtiyatları adı çəkilən quruma və hökumətə məxsus yüksək likvidli xarici aktivlərdən ibarətdir. 

44 filmi