Rusiyanın valyuta ehtiyatları azalıb

Maliyyə
  • 05 oktyabr, 2018
  • 13:55
Rusiyanın valyuta ehtiyatları azalıb

Bakı. 5 oktyabr. REPORT.AZ/ Rusiyanın valyuta ehtiyatları bu il oktyabrın 1-nə 459,163 mlrd. ABŞ dolları təşkil edib.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 1,452 mlrd. dollar və yaxud 0,3% azdır.

Valyuta ehtiyatlarına Rusiya Bankının (Mərkəzi Bank) sərəncamında olan yüksək likvidli aktivlər daxildir.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Rusiyadan kapital axını illik müqayisədə 2,8 dəfə artaraq 26,5 mlrd. dollara çatıb. Rusiya Bankı bu ilin sonuna qədər sözügedən göstəricinin 55 mlrd. dollar təşkil edəcəyini proqnozlaşdırır. 

44 filmi