Bakı. 27 yanvar. REPORT.AZ/ Avropa İttifaqı (Aİ) xarici işlər nazirləri Rusiyanın SWIFT beynəlxalq ödəmə sistemindən çıxarılması məsələsinə baxacaq.
"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, yanvarın 29-da Brüsseldə keçiriləcək görüşdə həmçinin Rusiya Federasiyasının şirkət və banklarına qarşı tədbiq olunacaq yeni sanksiyaları müzakirə edəcək.
Eyni zamanda yığıncaqda Rusiya bazarına göndərilməsi dayandırılan mal və avadanlıqların siyahısının genişləndirilməsi məsələsi də müzakirə olunacaq. Hətta Avropa Komissiyası Avropadakı aktivləri dondurulmuş Rusiya iş adamlarının siyahısını da genişləndirə bilər.
Yeni sanksiyaların qəbul edilməsi Avropa İttifaqına üzv olan 28 ölkənin razılığı ilə qəbul oluna bilər.