Rusiyanın regionlarında kreditlər ucuzlaşa bilər

Rusiyanın regionlarında kreditlər ucuzlaşa bilər Prezident Vladimir Putin bununla bağlı ölkənin Mərkəzi Bankına tədbirlər görməyi tövsiyyə edib
Maliyyə
7 Yanvar , 2017 16:04
Rusiyanın regionlarında kreditlər ucuzlaşa bilər

Bakı. 7 yanvar. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkənin Mərkəzi Bankına (RMB) regionlarda kreditlərin faiz dərəcələrinin azaldılması istiqamətində tədbirlər görməyi tövsiyyə edib. “Report” xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, bu addım regional büdcələrdəki kəsiri aradan qaldırmaq məqsədi ilə atılıb. RMB martın 1-nə qədər kredit faizlərinin necə formalaşdığını analiz etməli, onların aşağı salınması ilə bağlı işlər görməlidir. 

Son xəbərlər

Orphus sistemi