Rusiyanın qızıl-valyuta ehtiyatları 2,7 mlrd. dollar artıb

Rusiyanın qızıl-valyuta ehtiyatları 2,7 mlrd. dollar artıb Ehtiyatlar 0,7% artım göstərib
Maliyyə
20 Aprel , 2017 20:07
Rusiyanın qızıl-valyuta ehtiyatları 2,7 mlrd. dollar artıb

Bakı. 20 aprel. REPORT.AZ/ Rusiyanın qızıl-valyuta ehtiyatları 7-14 aprel hesabat həftəsində 2,7 mlrd. ABŞ dolları və ya 0,7% artaraq 398,4 mlrd. dollar təşkil edib.

"Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə məlumat Rusiya Bankı (Mərkəzi Bank) tərəfindən verilib.

Bankdan ehtiyatların artmasına səbəb olaraq müsbət yenidən qiymətləndirmə göstərilib. 

Qeyd edək ki, son maliyyə böhranında Rusiyanın beynəlxalq ehtiyatları 2015-ci il aprelin 30-da minimal səviyyə olan 350,5 mlrd. dollara geriləyib. Hazırda ehtiyatlar bu səviyyədən cəmisi 13,7% çoxdur. 

Son xəbərlər

Orphus sistemi