Rusiyanın qızıl ehtiyatları ilk dəfə 200 milyard dolları ötüb

Rusiyanın qızıl ehtiyatları ilk dəfə 200 milyard dolları ötüb Oktyabrın sonunda Rusiyanın qızıl ehtiyatları ilk dəfə olaraq 200 milyard ABŞ dolları həddini keçərək rekord həddə - 207,69 milyard ABŞ dollarına çatıb.
Maliyyə
9 Noyabr , 2024 16:07
Rusiyanın qızıl ehtiyatları ilk dəfə 200 milyard dolları ötüb

Oktyabrın sonunda Rusiyanın qızıl ehtiyatları ilk dəfə olaraq 200 milyard ABŞ dolları həddini keçərək rekord həddə - 207,69 milyard ABŞ dollarına çatıb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankının saytında yer alan məlumatda deyilir.

Son bir ay ərzində Rusiyanın qızıl ehtiyatları 4 % və ya təxminən 8 milyard ABŞ dolları dəyərində artıb. Sentyabrın sonunda onların həcmi 199,76 milyard ABŞ dolları idi.

Rusiyanın qızıl-valyuta ehtiyatlarında qızılın payı bir ay əvvəlki 31,5 %-dən 32,9 %-ə yüksəlib ki, bu da 1999-cu ilin noyabrından bəri ən yüksək göstəricidir.

Digər yandan, oktyabr ayının nəticələrinə əsasən, Rusiyanın xaricdəki ehtiyatları azalıb. Belə ki, Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi 0,34 % azalmaqla 631,573 milyard ABŞ dolları təşkil edib.

Son xəbərlər

Orphus sistemi