​Rusiyanın MMVB indeksi tarixi rekord həddə yüksəlib

​Rusiyanın MMVB indeksi tarixi rekord həddə yüksəlib Dolların məzənnəsi isə 64 RUB/USD-yə enib
Maliyyə
21 Aprel , 2016 12:04
​Rusiyanın MMVB indeksi tarixi rekord həddə yüksəlib

Bakı. 21 aprel. REPORT.AZ/ Dünya bazarında neft qiymətlərinin 46 dollar/barel həddini keçməsi və yüksək dividendlərin ödənilməsi fonunda Rusiyanın MMVB indeksi 1970 bəndini keçərək tarixi rekord səviyyəyə yüksəlib. "Report"un "RBK" agentliyinə istinadən verdiyi xəbərə görə, MMVB indeksi 2008-ci il böhranı ərəfəsində, 2007-ci il dekabrın 12-də 1970,46 bəndinə qədər artıb. Bu gün, aprelin 21-də isə indeks 1976,69 bəndə yüksələrək tarixi rekordu yeniləyib.

İndeksin yüksəlməsində əsas aparıcı səhmlər "Rusal", "Aeroflot", "Surqutneftqaz", "Qazprom" və "Sberbank" olub. Səhmlərin dollar ekvivalentində hesablanması nəticəsində təqdim olunan RTS indeksi isə aprelin 21-də 1,88% artaraq 960,7 bəndə yüksəlib ki, bu da 24 iyun 2015-ci ildən etibarən maksimal hədd sayılır.

Neft qiymətlərinin artması Rusiyada dolların da məzənnəsinə təsir edib. Belə ki, dollar bu gün səhər saatlarında 64 RUB/USD-yə kimi ucuzlaşıb.

Son xəbərlər

Orphus sistemi