Rusiyanın investisiya şirkəti Azərbaycan bazarına çıxmağı planlaşdırır
- 22 iyun, 2024
- 11:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın “Finam” investisiya holdinqi Azərbaycan bazarına çıxmağı planlaşdırır.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə “Finam”ın prezidenti Vyaçeslav Koçetkov deyib.
“Hindistan, Çin, Braziliya, Malayziya və Hindistan kimi yeni bazarlar maraqlıdır. Xüsusən Braziliya yaxşı templə gedir və böyük ehtimalla ilin sonuna kimi bu bazara və Çinə çaxacağıq. Növbəti mərhələdə Hindistan və Malayziyaya çıxış, eyni zamanda Azərbaycanla inteqrasiya nəzərdə tutulub. Bu əsnada Azərbaycan kvazi-dollar gəlirliyinə meyli mühafizəkar investorlar üçün çox maraqlı bazardır”, - deyə o qeyd edib.
Xatırladaq ki, hazırda ölkənin fond bazarında 12 investisiya şirkəti təmsil olunur. Onlar ildə ümumilikdə 25-30 milyon manat gəlir əldə edir. Qarşıdakı 10 il ərzində bu rəqəmin 2,5 milyard manata çatdırılması planlaşdırılır.