İslam hüququ (fiqh) artıq kriptovalyutaları qəbul etməlidir.
“Report” xəbər verir ki, bunu İslam Maliyyəsi üzrə Rusiya Ekspertlər Assosiasiyasının məsul katibi Madina Kalimullina Bakıda keçirilən Azərbaycan Halal Biznes və Turizm Forumunda bildirib.
"Kriptovalyutaların halal statusuna dair müxtəlif tədqiqat məqalələri var. Alimlər halal və qeyri-halal kriptovalyutaları fərqləndirən müxtəlif meyarlar müəyyən edib. Kriptovalyutaların arxasında hansı qurumlar durur, onun arxasında duran aktivlər halaldırmı və s. Eyni zamanda qiymət manipulyasiyasiyasına dair ehtimallar varmı?",-deyə o qeyd edib.
"Kriptovalyutaların 100 % halal olmamasını demək çətindir. Bu, artıq reallıqdır, ödəniş üsulu kimi qəbul olunur, müəyyən ödənişlərdə isə hətta yeganə çıxış yoludur. Bu baxımdan islam hüququ bu reallığı qəbul etməlidir. Eyni zamanda nəzərə almaq lazımdır ki, insanlar çox vaxt ajiotaja düşərək bütün pullarını kriptovalyutalara keçirir. Bu da onlar üçün böyük risklər yaradır. Ona görə biz həmin sahəni tənzimləyəcək müəyyən həllər tapmalıyıq ki, qiymət manipulyasiyasiyasının qarşısını ala bilək", - deyə ekspert əlavə edib.