Rusiyadan kapital axını 3 dəfə artıb

Rusiyadan kapital axını 3 dəfə artıb Kapital axını bankların xarici öhdəliklərini yerinə yetirməsi ilə bağlı olub
Maliyyə
1161
10 Noyabr , 2017 19:19
Rusiyadan kapital axını 3 dəfə artıb

Bakı. 10 noyabr. REPORT.AZ/ Rusiyadan xalis kapital axını yanvar-oktyabr aylarında 2016-cı ilin analoji dövrü ilə müqayisədə 3 dəfəyə yaxın artaraq 23,8 mlrd. dollara yüksəlib.

"Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Bankı (Mərkəzi Bank) yayıb.

Məlumata görə, kapital axını, əsasən, bankların xarici öhdəliklərini yerinə yetirməsi ilə bağlı olub.

Qeyd edək ki, Rusiyanın tədiyyə balansının cari əməliyyatlar hesabının müsbət saldosu yanvar-oktyabr aylarında 28,9 mlrd. dollar təşkil edib və illik müqayisədə 1,9 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi