Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib Əsas qiymət artımı ərzaq məhsullarının bahalaşması ilə bağlıdır
Maliyyə
16 Fevral , 2017 13:28
Rusiyada real inflyasiya rəsmi statistik göstəricini 5 dəfə üstələyib

Bakı. 16 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayı ərzində Rusiyada real inflyasiya göstəricisi dekabr ayı ilə müqayisədə kəskin artım göstərib. "Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, bu barədə "Romir" araşdırma holdinqinin hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, rəsmi statistik göstəricilərə əsasən, yanvarda inflyasiya 0,6% olduğu halda, "Romir"in deflyator düsturu vasitəsilə hesabladığı real inflyasiya göstəricisi 3,2% təşkil edib. Bu da rəsmi rəqəmlərdən 5 dəfə artıqdır. Hesabata görə, inflyasiyanın sürətlənməsində əsas rolu 7% bahalaşan ərzaq məhsulları və 12% bahalaşan spirtli içkilər oynayıb. 

Son xəbərlər

Orphus sistemi