Rusiyada ipoteka kreditləri ucuzlaşa bilər

Rusiyada ipoteka kreditləri ucuzlaşa bilər Bu barədə ölkənin tikinti və mənzil-kommunal təsərrüfatı naziri açıqlama verib
Maliyyə
21 Yanvar , 2017 17:13
Rusiyada ipoteka kreditləri ucuzlaşa bilər

Bakı. 21 yanvar. REPORT.AZ/ Bu il Rusiyada ipoteka kreditlərinin orta illik faiz dərəcəsi 10%-dən aşağı düşəcək. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin tikinti və mənzil-kommunal təsərrüfatı naziri Mixail Men bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyada ipoteka kreditləri orta hesabla 12,5%-lə təklif olunsa da, bu rəqəm getdikcə azalır: “Əgər iqtisadiyyatda ciddi dəyişiklik olmasa, 2017-ci ildə ipoteka kreditləri bir qədər də ucuzlaşacaq və hətta illik 10%-dən aşağı təklif olunacaq”.

Rusiyalı nazir 10%-lik həddin ölkə vətəndaşları üçün vacib rol oynadığını qeyd edərək bunu “psixoloji hədd” kimi qiymətləndirib. 

Son xəbərlər

Orphus sistemi