Rusiyada ipoteka kreditləri rekord səviyyədə ucuzlaşıb

Rusiyada ipoteka kreditləri rekord səviyyədə ucuzlaşıb Bu il Rusiyada 30 mlrd. dollara yaxın ipoteka kreditlərinin verilməsi gözlənilir
Maliyyə
13 Mart , 2017 17:54
Rusiyada ipoteka kreditləri rekord səviyyədə ucuzlaşıb

Bakı. 13 mart. REPORT.AZ/ Rusiyada ipoteka kreditlərinin faiz dərəcələri tarixi minimal həddə enib. "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama Mənzil Kreditləşməsi İpoteka Agentliyi tərəfindən verilib. 

Xəbərə əsasən, tikilməkdə olan binalardakı mənzillər illik 10,25%, hazır binalarda isə 10,50%-dən kreditləşəcək. Bununla da tikilməkdə olan evlərin faiz dərəcələri 1,25 faiz bəndi, hazır mənzillərin isə 1 faiz bəndi azaldılıb. 

Analitiklər 2017-ci ildə Rusiyada 1,7-1,8 trln. rubl (290-300 mln. ABŞ dolları) həcmində ipoteka kreditlərinin verilməsini proqnozlaşdırırlar. 

Son xəbərlər

Orphus sistemi