Rusiyada biznes sektorunun iqtisadi artıma inamı azalır

Maliyyə
  • 27 oktyabr, 2017
  • 09:48
Rusiyada biznes sektorunun iqtisadi artıma inamı azalır

Bakı. 27 oktyabr. REPORT.AZ/ Rusiyada bu ilin əvvəlindən ilk dəfə olaraq investisiyalarını artırmaq istəyən şirkətlərin sayı azlıq təşkil edib. "Report" "Vedomosti" qəzetinə istinadən xəbər verir ki, investisiyalarını azaltmaq istəyən şirkətlərin xüsusi çəkisi 25%, artırmaq istəyənlərin isə 21% təşkil edib. Bu, Qaydar adına İnstitutun konyunktur məsələləri üzrə laboratoriyasının oktyabrda keçirdiyi sorğunun nəticəsində bəlli olub. Qeyd edək ki, sentyabrda bu göstəricilər müvafiq olaraq 22% və 26% olub.

Laboratoriyanın hesabatına əsasən, şirkətlər vəsaitlərini istehsal dövriyyəsindən çəkərək müddətsiz depozitlərə yerləşdirməyə başlayıb. Belə ki, sentyabrın 1-nə müddətsiz depozitlərin həcmində illik artım 9% təşkil edib. "Raiffeisenbank" Rusiya törəməsinin İdarə Heyətinin sədri Nikita Patraxinin sözlərinə görə, hüquqi şəxslərin 1 aya qədər depozitləri artır. Lakin şirkətlər kreditləri artırmaq istəmir - portfel 0,7% azalıb.

Son xəbərlər

Bütün Xəbər Lenti