Rusiyada 2 illik fasilədən sonra deflyasiya qeydə alınıb

Rusiyada 2 illik fasilədən sonra deflyasiya qeydə alınıb
Maliyyə
31 İyul , 2019 19:53
Rusiyada 2 illik fasilədən sonra deflyasiya qeydə alınıb

İyulun 23-dən 29-na qədər davam edən həftə ərzində Rusiyada qiymətlər orta hesabla 0,1% azalıb ki, bu da 2017-ci ildən bəri ilk deflyasiya halıdır.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qonşu ölkənin statistika qurumu (“Rosstat”) məlumat yayıb.

Məlumatda deyilir ki, bundan əvvəlki həftədə qiymətlər 0,1% artıb. Hazırda Rusiyada ilin əvvəlinə nisbətən inflyasiya 2,7%, illik müqayisədə isə 4,4% təşkil edir.