Rusiya vətəndaşları kütləvi şəkildə xarici valyuta almağa başlayıblar

Rusiya vətəndaşları kütləvi şəkildə xarici valyuta almağa başlayıblar İyulda gündəlik nağd mübadilə əvvəlki ayla müqayisədə təxminən 10% artıb
Maliyyə
4 Avqust , 2017 14:36
Rusiya vətəndaşları kütləvi şəkildə xarici valyuta almağa başlayıblar

Bakı. 4 avqust. REPORT.AZ/ Rusiya vətəndaşları ABŞ dolları və avronun məzənnəsinin artmasından sonra kütləvi şəkildə xarici valyuta almağa başlayıblar. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, valyutaya tələbat tətil mövsümündəkindən çox olub.

Rusiya “Binbank”ının konvertasiya əməliyyatları üzrə mərkəzinin direktoru Stanislav Makarov bildirib ki, iyulda gündəlik nağd mübadilə iyunla müqayisədə təxminən 10% artıb. 

“Rusiya standartı” bankından isə deyiblər ki, valyuta tələbatının həcmi mövsümi amillərdən asılıdır: "Yayda məzuniyyətlər çoxalır və nəticədə vətəndaşların valyuta alışında fəallıq müşahidə olunur". 

Ekspertlər dollar və avro almağa marağın artacağını və ilin sonuna qədər Amerika valyutasının məzənnəsinin 60-65 rubl, avronun məzənnəsinin isə 69-73 rubl olacağını proqnozlaşdırırlar. 

Son xəbərlər

Orphus sistemi