Rusiya və Çinin ticarət dövriyyəsi dörd ayda 26 % artıb

Rusiya və Çinin ticarət dövriyyəsi dörd ayda 26 % artıb Bu ilin ilk dörd ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 25,9 % artaraq 51,09 milyard ABŞ dolları təşkil edib
Maliyyə
9 May , 2022 10:25
Rusiya və Çinin ticarət dövriyyəsi dörd ayda 26 % artıb

Bu ilin ilk dörd ayında Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 25,9 % artaraq 51,09 milyard ABŞ dolları təşkil edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Baş Gömrük İdarəsinin məlumatında deyilir.

İdarənin məlumatına görə, yanvar-aprel aylarında Çindən Rusiyaya ixrac 11,3 % artaraq təqribən 20,24 milyard ABŞ dollarına çatıb.Rusiya mal və xidmətlərinin idxalı isə 37,8 % artaraq 30,85 milyard ABŞ dolları təşkil edib.

İki ölkə arasında ticarət dövriyyəsi artıq ikinci ildir ki, aktiv şəkildə artır. 2020-ci ildə Çinin elan etdiyi pandemiya və koronavirusa sıfır dözümlülük siyasəti səbəbindən 2,9 % azalıb. Ciddi məhdudlaşdırıcı tədbirlər mal və xidmətlərin tədarükünə mənfi təsir göstərib.

2021-ci ildə bu göstərici dərhal 35 %-dən çox artaraq 146,88 milyard ABŞ dollarına çatıb ki, bu da rekord göstəricidir.

Son xəbərlər

Orphus sistemi