"Beynəlxalq bank məlumatları mübadiləsi sistemi olan SWIFT ona göstərilən siyasi təzyiqə görə Rusiyanı öz xidmətlərindən kənarlaşdırmaq niyyətində olmadığını rəsmən bəyan edib. SWIFT öz bəyanatında xatırladır ki, bu, Belçika qanunvericiliyinin tabeçiliyində olan neytral qlobal operatordur. Təşkilat rəsmi açıqlamasında qeyd edib ki, Rusiyanın beynəlxalq bank məlumatları mübadiləsi sistemindən kənarlaşdırılması barədə Avropa Parlamentinin tövsiyələri SWIFT-in hüquqlarını pozur və onun nüfuzuna ciddi ziyan vurur", - deyə Bankın məlumatında bildirilir.
"Bank VTB (Azərbaycan)"ın İdarə Heyətinin sədri Yuri Yakovlevin fikrincə, hətta kənarlaşdırma baş versə belə, "Bank VTB (Azərbaycan)" alternativ resurslardan istifadə etmək imkanlarına malikdir: "Əgər Rusiya SWIFT sistemindən kənarlaşdırılarsa, "Bank VTB (Azərbaycan)" öz ödənişlərini bankın 49% səhmlərinə sahib olan "AtaHolding" ASC-nin tərkibindəki "AtaBank" vasitəsilə həyata keçirə bilər".
"Xatırladaq ki, 210 ölkənin 10 mindən artıq maliyyə təşkilatının qoşulduğu SWIFT şəbəkəsi vasitəsi ilə gün ərzində 6 trln. dollardan çox həcmdə ödəniş aparılır. Rusiya SWIFT sistemindən istifadə edənlərin sayına görə ABŞ-dan sonra ikinci yerdədir. Bu isə bir daha təşkilatın özünün də Rusiyanın sistemdən kənarlaşdırılmasında maraqlı olmadığını təsdiq edir", - deyə "Bank VTB (Azərbaycan)"ın mütəxəssiləri bildirir.