2019-cu ildə Rusiyanın xarici dövlət borcu 26,8 milyard ABŞ dolları və yaxud 5,9% artıb.
“Report” “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.
Məlumata görə, son nəticədə ölkənin xarici borcu 454,7 milyard dollardan 481,5 milyard dollara çatıb. Artıma səbəb qeyri-rezidentlərin Rusiya rublunda, eləcə də xarici valyutada buraxılmış dövlət qiymətli kağızlarını əldə etməsidir.