Bu ilin yanvarın 1-nə Rusiya Bankının (Mərkəzi Bank) beynəlxalq ehtiyatlarının həcmi 596 milyard ABŞ dollara yüksəlib.
“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu, 2020-ci ilin əvvəlinə nisbətən 42 milyard ABŞ dolları və ya 7,6 % çoxdur.
Rusiya Maliyyə Nazirliyin məlumatına görə, ölkənin digər ehtiyyat fondu Milli Rifah Fondunun həcmi 2020-ci ildə əvvəlki illə müqaisədə 46 % artaraq 183,3 milyard ABŞ dollara çatıb.
Qeyd edək ki, beynəlxalq ehtiyatlar Rusiya Bankı və hökuməti tərəfindən idarə olunan xarici valyuta, pul, İMF-də ehtiyat mövqeyi, qızıl və digər ehtiyat aktivlərindən ibarətdir.