Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb İlin ilk yarısında Rusiyada uçot dərəcəsinin artırılması gözlənilmir
Maliyyə
3 Fevral , 2017 15:04
Rusiya Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb

Bakı. 3 fevral. REPORT.AZ/ Rusiya Bankının (Mərkəzi Bank) Direktorlar Şurası bu gün keçirdiyi növbəti iclasda uçot dərəcəsinin sabit saxlanmasına dair qərar qəbul edib. 

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bununla da Rusiya Bankı uçot dərəcəsini 10% səviyyəsində saxlayıb. 

Bank bildirir ki, inflyasiyanın cari dinamikası proqnozlara uyğun olsa da, 2017-ci ildə 4% hədəfindən yayınma ehtimalı mövcuddur. Həmçinin, Mərkəzi Bankın açıqlamasında qeyd olunur ki, ilin ilk yarısında uçot dərəcəsinin endirilməsi ehtimalı azalıb. 

Qeyd edək ki, yanvarda Rusiyada illik inflyasiyanın səviyyəsi 5,1%-ə kimi geriləyib. Bir ay öncə isə bu göstərici 5,4% olub. Növbəti iclasın martın 24-də keçirilməsi planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi