Rusiya iqtisadiyyatının artım tempi kəskin zəifləyib
- 04 dekabr, 2017
- 13:45
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 dekabr. REPORT.AZ/ Rusiya iqtisadiyyatının aylıq artım tempi bu ilin oktyabr ayında sentyabrdakı 2,4%-dən 1%-ə düşüb.
"Report"un "Interfax" agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ilkin məlumat İqtisadi İnkişaf Nazirliyinin (İİN) "İqtisadi vəziyyət" adlı monitorinq hesabatında qeyd edilib.
Qeyd edək ki, İİN avqust ayında 2017-ci ildə Rusiya iqtisadiyyatının 2,7%, sentyabrda isə 2,4% olacağını proqnozlaşdırırdısa, bu proqnozların tezliklə azaldılacağı gözlənilir. Hazırda İİN 2017-ci il üzrə iqtisadi artım göstəricisini 2%-ə qədər endirib. Lakin III rübün yekunlarına görə, Rusiya iqtisadiyyatı illik müqayisədə 1,6% artım göstərib. İlkin hesablamalara əsasən, ölkə iqtisadiyyatı yanvar-oktyabr aylarında 1,5-1,6% artım göstərəcək.