Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır

Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır Daxili maliyyə bazarının xaricdən asılılığı minimumma endirilməlidir
Maliyyə
15 May , 2017 14:18
Rusiya iqtisadiyyatın dedollarizasiyasına hazırlaşır

Bakı. 15 may. REPORT.AZ/ Rusiyanın 2030-cu ilə qədər iqtisadi təhlükəsizlik strategiyasında ölkə iqtisadiyyatında xarici valyutadan istifadənin minimuma endirilməsi və maliyyə sisteminin xarici bazarlardan asılılığının azaldılması nəzərdə tutulub. "Report" "Rambler News Service"ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin müvafiq fərmanında bildirilir.

Sənəddə həmçinin deyilir ki, qarşıda duran əsas vəzifələr milli maliyyə bazarının infrastrukturunun, milli hesablaşma sisteminin, milli ödəniş kartları sisteminin və milli maliyyə xəbərləri ötürücü sisteminin inkişaf etdirilməsi olmalıdır. Həmçinin, strategiya daxili bazarda uzunmüddətli maliyyə mənbələrinin inkişafını və dövlət maliyyəsinin investisiyayönümlü olması zərurəti prioritet məsələlər kimi qəbul edilib.

Son xəbərlər

Orphus sistemi