Rusiya iqtisadiyyatı ötən il 1,4% böyüyüb

Rusiya iqtisadiyyatı ötən il 1,4% böyüyüb Bakı. 1 fevral. REPORT.AZ/ 2017-ci ildə Rusiyada iqtisadi artım 1,4% təşkil edib. 
Maliyyə
1 Fevral , 2018 12:30
Rusiya iqtisadiyyatı ötən il 1,4% böyüyüb

Bakı. 1 fevral. REPORT.AZ/ 2017-ci ildə Rusiyada iqtisadi artım 1,4% təşkil edib. 

"Report" "İnterfax" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Fransanın biznes nümayəndələri ilə görüşdə deyib.

"Ölkəmizdə makroiqtisadi sabitliyin artırılması üçün səylər artırılıb. Ötən il iqtisadi artım 1,4% təşkil edib, inflyasiya 2,5%-ə düşüb. Bu il də inflyasiyanın səviyyəsi azalmaqda davam edir",- dövlət başçısı bildirib.

Onun sözlərinə görə, hazırda Rusiyanın xarici ticarəti sürətlə bərpa olunur, qızıl-valyuta ehtiyatları 442,8 mlrd. ABŞ dollarına yüksəlib. Qeyri-maliyyə sektoruna birbaşa investisiyalar 2017-ci ilin ilk 3 rübü ərzində 23 mlrd. dollar təşkil edib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur və son 4 ilin maksimal göstəricisidir. 

Xatırladaq ki, ABŞ iqtisadiyyatı 2017-ci ildə ilkin varianta görə 2,3%, avrozona iqtisaidyyatı isə 2,5% artım nümayiş etdirib. 

Son xəbərlər

Orphus sistemi