Rusiya fiziki şəxslərin kreditləşməsini məhdudlaşdıracaq

Maliyyə
  • 29 noyabr, 2017
  • 11:34
Rusiya fiziki şəxslərin kreditləşməsini məhdudlaşdıracaq

Bakı. 29 noyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) fiziki şəxslərin kreditləşdirilməsi sahəsində məhdudiyyətlərin tətbiqi haqqında düşünür.

"Report" TASS-a istinadən bildirir ki, bu açıqlamanı Rusiya Bankı sədrinin müavini Vasiliy Pozdışev Rusiya Banklar Assosiasiyasının konfransında verib.

Pozdışev bildirib ki, bu ilin ilk 10 ayında fizki şəxslər üzrə kredit portfeli 9,8% artıb: "Kreditləşmənin dinamikası risk əmsallarının artmağa başlaması səbəbindən, onu məhdudlaşdırmağı düşünməyə vadar edir".

Yanvar-oktyabr aylarında fiziki şəxslərin kreditləşməsi 9,8% artdığı halda, qeyri-maliyyə sektoru müəssisələrinin kreditləşməsi cəmi 2,9% artıb.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya Bankının sədri Elvira Nabiullina fiziki şəxslərin kreditləşmə dinamikasının əhalinin gəlirlərindəki artımla uyğunlaşmalı olduğunu bildirib.