Rusiya bu ilin əvvəlindən xarici dövlət borcunu 10% azaldıb

Maliyyə
  • 12 oktyabr, 2018
  • 06:09
Rusiya bu ilin əvvəlindən xarici dövlət borcunu 10% azaldıb

Bakı. 12 oktyabr. REPORT.AZ/ Rusiyanın xarici dövlət borcunun məbləği bu ilin əvvəlindən 51 mlrd. ABŞ dolları və yaxud 9,8% azalaraq bu il oktyabrın 1-nə 467,1 mlrd. dollar təşkil edib.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb. 

Xatırladaq ki, qurum bir qədər əvvəl Rusiyanın valyuta ehtiyatlarının sentyabrın sonuna olan məbləğini də açıqlayıb.