Rusiya bazarında valyuta qıtlığı yaranıb

Rusiya bazarında valyuta qıtlığı yaranıb Qərbin sanksiyaları səbəbindən Rusiya iqtisadiyyatına avro və dollar axını dayanıb
Maliyyə
18 Avqust , 2014 15:53
Rusiya bazarında valyuta qıtlığı yaranıb

Bakı. 18 avqust. REPORT.AZ/ Hazırda Rusiyanın maliyyə bazarında valyuta kütləsinin kəskin çatışmazlığı hiss olunur. Qərbin tətbiq etdiyi sanksiyalar Rusiya iqtisadiyyatına avro və dollar axınını dayandırıb, daxili bazar iştirakçıları isə belə şəraitdə valyutanı özündə saxlamaq istəyirlər. "Report"un Rusiya KİV-nə istinadən verdiyi xəbərə görə, nəticədə, bankların iri valyuta kreditləri vermək imkanları getdikcə daralır.

"Metalinvestbank" xəzinədarlığının rəhbəri Səlim Ağarzayev adları sanksiya siyahısında olan banklara Qərb banklarının kredit verməməsindən gileylənib: "Son vaxtlar Qərb bankları ilə valyuta mübadiləsi çətinləşib. Bəziləri isə Rusiya bankları ilə əlaqələrini dondurub. Çox çətin durumdur: bir tərəfdən müştərilərin xarici valyutaya ehtiyacı artır, digər tərəfdən xarici valyuta ilə ödənişlər azalır”.

“Sberbank"ın qlobal bazarlarda maliyyə ticarət əməliyyatları şöbəsinin rəhbəri Denis Kozub da Rusiyada avro və dollar böhranının mövcudluğunu təsdiq edir.

Xatırladaq ki, başda ABŞ olmaqla Qərb dövlətləri Ukrayna-Krım olayları ilə əlaqədar Rusiya Federasiyası və bu ölkənin banklarına qarşı sanksiyalar tətbiq edib.

Son xəbərlər

Orphus sistemi