Rusiya Bankının valyuta ehtiyatları artıb

Rusiya Bankının valyuta ehtiyatları artıb Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları iyunun 5-dən 12-nə qədər davam edən həftə ərzində 5,6 milyard ABŞ dolları və yaxud 1% artaraq 570,8 milyard ABŞ dollarına çatıb.
Maliyyə
18 İyun , 2020 17:54
Rusiya Bankının valyuta ehtiyatları artıb

Rusiya Bankının (Mərkəzi Bank) valyuta ehtiyatları iyunun 5-dən 12-nə qədər davam edən həftə ərzində 5,6 milyard ABŞ dolları və yaxud 1% artaraq 570,8 milyard ABŞ dollarına çatıb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

İlin əvvəlinə nisbətən isə tənzimləyici qurumun valyuta ehtiyatları 16,4 milyard ABŞ dolları və yaxud 3% artıb. Ehtiyatların ən yüksək həddi 2008-ci ildə (598,1 milyard ABŞ dolları), ən aşağı həddi isə 1999-cu ildə (10,8 milyard ABŞ dolları) qeydə alınıb.

Son xəbərlər

Orphus sistemi