Rusiya Bankı (Mərkəzi Bank) bu ilin yekununda ölkədə inflyasiyanın səviyyəsi ilə bağlı proqnozunu azaldıb.
“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.
Məlumatda deyilir ki, qurum 2019-cu ildə qiymət artımının 4-4,5% təşkil edəcəyini proqnozlaşdırır. Bundan əvvəl proqnoz 4,2-4,7% idi.
İnflyasiya proqnozuna düzəliş uçot dərəcəsinin azaldılması fonunda edilib.