Rusiya Bankı dollar alışını dayandırdı

Rusiya Bankı dollar alışını dayandırdı Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib.
Maliyyə
9 Mart , 2020 12:17
Rusiya Bankı dollar alışını dayandırdı
google.az

Rusiya Bankı (Mərkəzi Bank) yaxın 1 ay ərzində daxili bazardan xarici valyutanın (ABŞ dolları) alışının dayandırılması barədə qərar qəbul edib.

“Report” bu barədə Rusiya mətbuatına istinadən xəbər verir.

Tənzimləyici qurum qərarını əmtəə birjalarında neftin ucuzlaşması fonunda valyuta bazarında volatilliyin azaldılması istəyi ilə izah edib.

Rusiya Bankı həmçinin bəyan edib ki, dollar alışının bərpa edilib-edilməməsi bu ay maliyyə bazarlarındakı vəziyyətdən asılı olacaq. 

Qeyd edək ki, bu gün qonşu ölkədə ABŞ dollarının məzənnəsi 75 rubla, avronun məzənnəsi isə 85 rubla yüksəlib. Bu, ötən həftənin sonu ilə müqayisədə təxminən 10% çoxdur və 2016-cı ilin əvvəlindən bəri maksimal həddir. 

Son xəbərlər

Orphus sistemi