Rusiya bankı ARDNF-ə dividend ödənişini 2 dəfəyə yaxın artırıb

Rusiya bankı ARDNF-ə dividend ödənişini 2 dəfəyə yaxın artırıb 2021-ci ildə Rusiyanın VTB Bankı Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF) 481,3 milyon rubl və yaxud 6,5 milyon ABŞ dolları dividend ödəyib.
Maliyyə
14 Fevral , 2022 17:38
Rusiya bankı ARDNF-ə dividend ödənişini 2 dəfəyə yaxın artırıb

2021-ci ildə Rusiyanın VTB Bankı Azərbaycanın Dövlət Neft Fonduna (ARDNF) 481,3 milyon rubl və yaxud 6,5 milyon ABŞ dolları dividend ödəyib.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Fonddan bildirilib.

Məlumata görə, bu, 2020-ci illə müqayisədə 81 % çoxdur. Həmin il ARDNF VTB-dən 265,9 milyon rubl və yaxud 3,4 milyon ABŞ dolları dividend alıb.

Ötən ilə aid ödənişlə birgə dividendin ümumi məbləği 3,9 milyard rubla və yaxud 67,2 milyon ABŞ dollarına çatıb. 

Xatırladaq ki, ARDNF-in 2012-ci ildə təsdiq olunmuş yeni investisiya siyasətinə əsasən, onun investisiya portfelinə səhmlər, daşınmaz əmlak və qızıl kimi maliyyə alətləri daxil olub. Bu çərçivədə Fond 500 milyon ABŞ dolları investisiya qoyaraq Rusiya bankının səhmlərinin təxminən 3 %-ni əldə edib.

Son xəbərlər

Orphus sistemi