​Rusiya avrobond emissiyasına başlayıb

​Rusiya avrobond emissiyasına başlayıb Təşkilatçı "VTB Kapital" şirkətidir
Maliyyə
23 May , 2016 18:14
​Rusiya avrobond emissiyasına başlayıb

Bakı. 23 may. REPORT.AZ/ Rusiya Maliyyə Nazirliyi bu gün yeni avrobond emissiyasının yerləşdirilməsinə başladığını bildirib. "Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, 10 il müddətinə buraxılan bu istiqrazlar ABŞ dolları üzrə nominallaşıb. Yerləşdirmənin bu gün bitəcəyi qeyd olunub. 

Maliyyə Nazirliyindən verilən məlumata əsasən, beynəlxalq bazarlarda avroistiqrazların yerləşdirilməsi xarici borclanma və cari ilin büdcə qanununa uyğun olaraq həyata keçirilir. İstiqrazların yerləşdirilməsi üçün təşkilatçı qismində "VTB Kapital" şirkəti seçilib. "Bloomberg" agentliyinin məlumatına görə, yerləşdirmə illik 4,65-4,9% gəlirliklə aparılır. Emissiyanın Avropa İttifaqı və ABŞ-ın tətbiq etdiyi sanksiyaları pozmayacağı bildirilir.

Qeyd edək ki, aprel ayında "Bloomberg" agentliyi Rusiyanın avrobond emissiyası yerləşdirməyəcəyini açıqlayıb. Buna səbəb olaraq Qərbin təşkilatçı banklara təzyiqi göstərilib. O zaman Maliyyə Nazirliyinin 3 mlrd. dollar cəlb edərək büdcə kəsirinin 10%-dən az hissəsini örtəcəyi planlaşdırdığı qeyd edilirdi.

Son xəbərlər

Orphus sistemi