Rusiya ABŞ hökumət istiqrazlarına investisiya həcmini 210 milyon dollar artırıb

Rusiya ABŞ hökumət istiqrazlarına investisiya həcmini 210 milyon dollar artırıb Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Rusiyanın ABŞ dövlət istiqrazlarına qoyduğu investisiya məbləği 210 milyon dollar artaraq 14,629 milyard dollara çatıb.
Maliyyə
18 Dekabr , 2018 12:22
Rusiya ABŞ hökumət istiqrazlarına investisiya həcmini 210 milyon dollar artırıb
Report

Bakı. 18 dekabr. REPORT.AZ/ Bu ilin oktyabr ayında Rusiyanın ABŞ dövlət istiqrazlarına qoyduğu investisiya məbləği 210 milyon dollar artaraq 14,629 milyard dollara çatıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatlarında göstərilib.

Rusiyanın ABŞ-ın uzunmüddətli qiymətli kağızlarına investisiya qoyuluşu 3,240 milyard dollar, qısamüddətli isə 11,389 milyard dollar təşkil edib.

İnvestorlar arasında lider mövqe yenə Çindədir. Amma onların yatırdığı sərmayə artıq ardıcıl dördüncü aydır azalır. Bu rəqəm oktyabrda 1138,9 trilyon dollara çatıb ki, bu da əvvəlki aydan 12,5 milyon dollar azdır. Sıralamada ilk beşlikdə həmçinin Yaponiya (1,018 trilyon dollar), Braziliya (313 milyard dollar), İrlandiya (287 milyard dollar) və Böyük Britaniya (263 milyard dollar) da yer alıb.

Son xəbərlər

Orphus sistemi