Rüfət Aslanlı: “Azərbaycanın kapital bazarındakı əməliyyatlar dünyanın aparıcı kapital bazarlarındakı mühitə uyğundur”

Rüfət Aslanlı: “Azərbaycanın kapital bazarındakı əməliyyatlar dünyanın aparıcı kapital bazarlarındakı mühitə uyğundur” DB ilə birgə icra olunan layihə bazarın potensialının gücləndirilməsinə mühüm töhfə verib
Maliyyə
102
4 Noyabr , 2016 10:20
Rüfət Aslanlı: “Azərbaycanın kapital bazarındakı əməliyyatlar dünyanın aparıcı kapital bazarlarındakı mühitə uyğundur”

Bakı. 4 noyabr. REPORT.AZ/ Azərbaycanda kapital bazarlarının müasirləşdirilməsinə başlanması 2008-2009-cu illərə, qlobal iqtisadi böhran dövrünə təsadüf edib. “Report” xəbər verir ki, bunu Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlı Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi, İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) dəstəklədiyi “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi”nin nəticələrinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, bu layihə çərçivəsində kapital bazarlarının yeni hüquqi tənzimlənmə mexanizmləri müəyyən edilib, qanunvericilik bazası təkmilləşdirilib. Bundan başqa, bazarın institusional inkişafı üçün lazımi işlər görülüb, zəruri infrastruktur yaradılıb. Həmçinin, bazarda aparılan əməliyyatların sürətlə həyata keçirilməsi təmin edilib: “Bu gün bu bazarda aparılan əməliyyatlar dünyanın aparıcı kapital bazarlarının, o cümlədən Cənubi Koreyanın kapital bazarının mühitinə uyğundur”.

“Layihə Azərbaycanın kapital bazarlarının müasirləşdirilməsinə təşkilati və əməliyyat dəstəyini təmin edib. Bu layihə Azərbaycanın qiymətli kağızlar bazarının inkişafına dair dövlət proqramının icrasını dəstəkləyib, ən müasir hüquqi və əməliyyat infrastrukturunun yaradılmasına, bazarın potensialının gücləndirilməsinə mühüm töhfə verib”, - deyə R.Aslanlı qeyd edib. 

Son xəbərlər

Orphus sistemi