Rüfət Aslanlı: "Azərbaycan kapital bazarında peşəkarlıq səviyyəsi qaneedici deyil"

Rüfət Aslanlı: "Azərbaycan kapital bazarında peşəkarlıq səviyyəsi qaneedici deyil" Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri hesab edir ki, yerli vasitəçi şirkətlər kreativ xidmətlərdən istifadə etmir
Maliyyə
10 Dekabr , 2014 16:06
Rüfət Aslanlı: Azərbaycan kapital bazarında peşəkarlıq səviyyəsi qaneedici deyil

Bakı. 10 dekabr. REPORT.AZ/ Azərbaycanın kapital bazarında hazırkı peşəkarlıq səviyyəsi qaneedici deyil. "Report”un verdiyi xəbərə görə, bunu Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı “Vergilər” qəzetinə müsahibəsində bildirib: "Amma bu anlaşılandır. Çünki ölkədə mürəkkəb maliyyə alətlərinin tətbiq olunması tarixi cəmi 3-4 ildir".

R.Aslanlı qeyd edib ki, söhbət təkcə maliyyə vasitəçilərindən və aktiv satış imkanlarından getmir.

Maliyyə vasitəçilərimiz - broker və dilerlər səhmlərin, istiqrazların buraxılışı, onların kapital bazarlarında yerləşdirilməsi kimi kompleks maliyyə xidmətləri göstərir. Amma bu gün dünyada maliyyə vasitəçiləri həm sərmayəçilər, həm də kapital axtaran şirkətlər üçün “maliyyə mühəndisliyi” deyilən kreativ xidmətlər göstərir. Yəni burada müəssisə müraciət edir, maliyyə vasitəçiləri isə şirkətlərin bütün imkanlarını dəyərləndirir, onlara kapital bazarlarından hansı şərtlərlə, hansı müddətə və hansı həcmdə sərmayələrin cəlb olunmasının bir neçə mümkün variantını təklif edirlər. Təəssüflər olsun ki, bizim şirkətlər bu qəbildən olan xidmətləri göstərə bilmir", - komitə sədri virğulayıb.

R.Aslanlı əlavə edib ki, qarşıda görüləsi işlər həddindən artıq çoxdur və bütövlükdə cəmiyyətdə maliyyə savadlılığının artırılmasına ehtiyac var.

Son xəbərlər

Orphus sistemi