"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödəniləcək

"Royal Bank"ın təminatsız kreditorlarına kompensasiya ödəniləcək Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu Royal Bank ASC-nin növbədə sonuncu olan təminatsız kreditorlarına kompensasiya ödəməyə hazırlaşır.
Maliyyə
22 Yanvar , 2019 10:26
Royal Bankın təminatsız kreditorlarına kompensasiya ödəniləcək

Bakı. 22 yanvar. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "Royal Bank" ASC-nin növbədə sonuncu olan təminatsız kreditorlarına kompensasiya ödəməyə hazırlaşır. 

"Report" Fonda istinadən xəbər verir ki, ödənişə yanvarın 28-də başlanılacaq və tələblər nağdsız formada qarşılanacaq. 

Kreditorlar ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına müraciət edə bilərlər (tel.: (012) 596 65 91/92/93; qaynar xətt: 941). 

Son xəbərlər

Orphus sistemi