"Rosneft"in səhm satışı ləğv oluna bilər

"Rosneft"in səhm satışı ləğv oluna bilər ABŞ "Rosneft"in satış anlaşmasını təhlil edir
Maliyyə
9 Dekabr , 2016 11:04
Rosneftin səhm satışı ləğv oluna bilər

Bakı. 9 dekabr. REPORT.AZ/ Rusiyanın "Rosneft" şirkətinin 19,5%-lik səhm zərfinin 10,5 mlrd. ABŞ dollarına İsveçrənin "Glencore" və Qətər İnvestisiya Fondundan ibarət konsorsiuma satılması üzrə anlaşma ləğv oluna bilər. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb. 

Verilən xəbərə görə, ABŞ-ın energetika diplomatiyası üzrə dövlət katibinin müavini Amos Hokşteyn bildirib ki, bu satış əməliyyatı heç də Rusiyaya tətbiq edilən beynəlxalq sanksiyalar çərçivəsində ABŞ tərəfindən bəyənilən bir anlaşma deyil. Rəsmi Vaşinqton bu əməliyyatın şərtlərini və maliyyələşdirilməsini təhlil edəcək: "Biz bu məsələlərlə əlaqədar Brüsseldəki dostlarımızla da əlaqə saxlayırıq. "Rosneft" dediyi kimi bu əməliyyatı ilin müqaviləsi hesab etmirik. Sadəcə, Rusiya hökuməti etiraf edir ki, ona pul lazımdır və ona görə də ölkə büdcəsinə ən çox vəsait ödəyən şirkətin 1/5 hissəsini satmağa məcburdur. Anlaşmanı ləğv etmək fikrimiz vacib deyil, əsas odur ki, heç kim sanksiyalar rejimi və qanunlarını pozmasın".

Bununla yanaşı, Fransanın "Societe Generale" bankının əmtəələr üzrə analitiki Sergey Donskoy qeyd edib ki, anlaşmanın ləğv olunması riski olsaydı, "Glencore" şirkəti bu müqaviləni imzalamazdı: "Adətən, onlar çox ehtiyatlıdır".

Son xəbərlər

Orphus sistemi