Riyaziyyatçılar bitkoinin qiymətinin daima qeyri-sabit olacağını proqnozlaşdırırlar

Riyaziyyatçılar bitkoinin qiymətinin daima qeyri-sabit olacağını proqnozlaşdırırlar Bakı. 8 fevral. REPORT.AZ/ Kriptovalyutaların qiyməti böyük ehtimalla heç zaman sabitləşməyəcək. 
Maliyyə
8 Fevral , 2018 18:03
Riyaziyyatçılar bitkoinin qiymətinin daima qeyri-sabit olacağını proqnozlaşdırırlar
George Frey/Getty Images

Bakı. 8 fevral. REPORT.AZ/ Kriptovalyutaların qiyməti böyük ehtimalla heç zaman sabitləşməyəcək. 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-ın Pitsburq universitetinin riyaziyyaçıları bəyan ediblər. 

Alimlər "bitcoin"in qiymətini müəyyən etmək üçün riyazi modellərdən istifadə edib və belə bir nəticəyə gəliblər ki, kriptovalyuta bazarı klassik "sabun köpüyü"dür. Onların fikrincə, bitkoinin ənənəvi üsullarla hesablanması mümkün deyil. Onun məzənnəsi alıcıların çox vaxt doğru olmayan fikirləri ilə müəyyənləşir. Elm adamları bitkoinin ancaq pul köçürmələri mexanizmi ola biləcəyini vurğulayıblar.

Son xəbərlər

Orphus sistemi