Azərbaycan və Gürcüstan Avstraliya, Kamboca, Honq-Konq, Çin, Kiribati, Mikroneziya Federativ Ştatları, Nauru, Palau, Solomon adaları və Tuvalunun da daxil olduğu Asiya İnkişaf Bankının (ADB) 11 dövlət qrupunun bir hissəsi olub.
"Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-in 11 ölkə, o cümlədən Azərbaycan üzrə icraçı direktoru Reyçel Tompson Gürcüstanın paytaxtında keçirilən Bankın 57-ci illik toplantısı çərçivəsində jurnalistlərə bildirib.
R.Tompson qeyd edib ki, o, özü də əslən Avstraliyalıdır: “Mən çox şanslıyam, çünki mən Azərbaycanı ADB-nin səhmdarı kimi təmsil edirəm, hər bir səhmdarı idarə edən bir şəxs var, adətən bu maliyyə naziri olur. ADB-i bizim idarə heyətimizin ən təcrübəli üzvlərindən biri olan Samir Şərifov təmsil edir. Azərbaycanı ADB-ni necə təmsil etmək barədə onun müdrik məsləhətlərindən faydalanmaqdan şərəf duyuram”.