"Rəvan Sığorta"nın yığımları 31% azalıb

"Rəvan Sığorta"nın yığımları 31% azalıb Hesabat dövründə şirkətin ödənişləri də azalıb
Maliyyə
18 Yanvar , 2017 14:33
Rəvan Sığortanın yığımları 31% azalıb

Bakı. 18 yanvar. REPORT.AZ/ “Rəvan Sığorta” ASC-nin yığımları 2016-cı ildə 1 486 877 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, 2015-ci illə müqayisədə 30,57% azdır.

Hesabat dövründə “Rəvan Sığorta”nın ödənişləri də azalıb. Belə ki, Şirkət il ərzində 455 120 manat ödəniş edib. Bu isə əvvəlki ilə nisbətən 63,39% azdır.

Ötən il “Rəvan Sığorta” topladığı hər 100 manat sığorta haqqının 30,61 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ildə 58,04% olub.

Xatırladaq ki, "Rəvan Sığorta" şirkəti 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizanmamə kapitalı 8 900 071,2 manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 40,8 manat olan 218 139 səhm əsasında formalaşıb. Səhmlərin 49,1%-i Şirkətin daxil olduğu "Nurgun Group" MMM-ə, 42,36%-i "Nurgun Motors" MMC-yə, 8,54%-i isə "NBC Bank" ASC-yə məxsusdur.

Son xəbərlər

Orphus sistemi