Yanvarın 11-də “Rəvan Sığorta” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq cəmiyyətin Bakı şəhəri, Nərimanov rayonu, Fətəli Xan Xoyski prospekti, 40 ünvanında yerləşən baş ofisində olacaq.
Yığıncağın gündəliyinə sığorta şirkətinin könüllü ləğv edilməsi və nizamnaməsinə dəyişiklik edilməsi məsələləri daxildir.
Xatırladaq ki, "Rəvan Sığorta" 1998-ci ildə "Double Insurance Company" kimi fəaliyyətə başlayıb, 2004-cü ildə adını "Star Alyans Sığorta"ya dəyişib, 2007-ci ildə isə yenidən rebrendinq edib. Onun nizamnamə kapitalı 8,9 milyon manatdır. Şirkətin səhmlərinin 49,1 %-i "Nurgun Group of Companies"ə, 42,36 %-i "Nurgun Motors" MMC-yə, 8,54 %-i isə "NBC Bank"a məxsusdur.