Respublika Neyrocərrahiyyə Xəstəxanası avtomobillərinin icbari sığortası (1) və işçilərinin həyatının sığortası (2) ilə bağlı elan etdiyi 2 kotirovka sorğusuna yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi müvafiq olaraq “PAŞA Sığorta" və "Qala Həyat Həyat” ASC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 306 manat və 4 382 manat ödəniləcək.