​"Report": Dünya fond birjalarında fərqli dinamika müşahidə olunur - İCMAL

​"Report": Dünya fond birjalarında fərqli dinamika müşahidə olunur - İCMAL Türkiyə və ABŞ-ın fond bazarı əhəmiyyətli şəkildə zəifləyib
Maliyyə
12 Mart , 2015 12:43
​Report: Dünya fond birjalarında fərqli dinamika müşahidə olunur - İCMAL

Bakı. 12 mart. REPORT.AZ/ Bu həftə dünya fond birjaları üçün yaxşı başlamayıb. Bir gündə 3,3% itirən qonşu Türkiyənin fon birjasının aparıcı indeksi BIST-100-ün kapitallaşması həmin gün 18 mlrd. lirə ucuzlaşıb. Dollar ifadəsində bu, təxminən 7 mlrd. dollara bərabərdir.

"Report"un analitik qrupu qeyd edir ki, bu enişin səbəbi Rusiyadakı böhran, dolların dünya bazarında möhkəmlənməsi və daxili siyasətdə prezident ilə Mərkəzi Bankın sədri arasında yaşanan problemlər göstərilir. Nəticədə, Türkiyənin CDS (Credit Default Swap - borcların ödənilməməsi halının sığortalanmasıdır) premiyası son 11 ayda maksimum hədd - 227 bəndə yüksəlib.

ABŞ-ın "Dow Jones" fond birjasında isə keçən həftəyə nəzərən 3%-ə yaxın enmə baş verib. Yəni, 25 trln. dollar kapitalizasiyaya sahib olan eyniadlı indeks 750 mlrd. dollar itirib. Əsas səbəb kimi ABŞ Mərkəz Bankının (FED) iqtisadi göstəricilər və işsizlik rəqəmlərinin pozitiv gəlməsi fonunda uçot dərəcəsini yüksəltməyə başlaması göstərilir.

Avrozona iqtisadiyyatının lokomotivi sayılan Almaniyanın fond birjası indeksi - DAX - mart ayında 4%, ilin əvvəlindən isə 20%-ə yaxın yüksəlib. Əsas səbəb kimi isə avronun dünya valyutaları qarşısında ucuzlaşması və nəticədə, Almaniya ixracının, dolayısı ilə iqtisadiyyatının artım tempinin yüksəlməsi göstərilir. Fransanın CAC-40 indeksi ilin əvvəlindən 16%, İtaliyada FTSE MIB indeksi isə 14% artıb. 

Son xəbərlər

Orphus sistemi