"Report": Bitkoinin qiymətində volatillik aradan qalxacaq

"Report": Bitkoinin qiymətində volatillik aradan qalxacaq Dekabrın 18-dən bitkoinlə fyuçers əməliyyatlarına start verilir
Maliyyə
1 Dekabr , 2017 17:31
Report: Bitkoinin qiymətində volatillik aradan qalxacaq

Bakı. 1 dekabr. REPORT.AZ/ ABŞ maliyyə tənzimləyiciləri CME (Çikaqo əmtəə birjası) və CBOE-də (Çikaqo opsion birjası) bitkoin kriptovalyutası ilə müddətli (fyuçers) əməliyyatların aparılmasına icazə verib.

"Report"un "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, əməliyyatların dekabrın 18-dən başlayacağı bildirilir.

"Report"un analitik qrupu bitkoinlə fyuçers əməliyyatlarının təşkilatlanmış və tənzimlənən birjada işə başlamasından sonra bitkoin əməliyyatlarında volatilliyin azalacağını bildirir. Belə ki, iri fondların bitkoin bazarına daxil olması ilə adı çəkilən kriptovalyutaya investisiyalar artacaq. 

Qeyd edək ki, ABŞ-ın texnologiya birjası olan NASDAQ da bir neçə gün əvvəl bitkoinlə əməliyyatlar üçün tənzimləyici orqanlara müraciət edib. Analitik qrup bitkoinin qiymətinin bir qədər azalaraq sabitləşəcəyini ehtimal edir.

Son xəbərlər

Orphus sistemi