“Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənib

“Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənib “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin qərarı ilə bu gündən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minib.
Maliyyə
26 May , 2023 11:48
“Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları” yenilənib

“Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin qərarı ilə bu gündən “Repo bazarında bağlanılan əqdlər üzrə indekslərin hesablanması və açıqlanması Qaydaları”nın yeni redaksiyası qüvvəyə minib.

“Report” BFB-yə istinadən xəbər verir ki, qaydalara əsasən AINA (Azn INdex Average) indeksinin 2 növü hesablanır: Banklararası əqdlər əsasında hesablanmış - AINAIB indeksi və bütün əqdlər əsasında hesablanan AINAAO.

Müddəti 1-3 gün arası olan indekslər 1D AINAIB və ya 1D AINAAO, müddəti 6-8 gün olan indekslər 1W AINAIB və ya 1W AINAAO, müddəti 13-15 gün olan indekslər 2W AINAIB və ya 2W AINAAO, müddəti 29-32 gün olan indekslər 1M AINAIB və ya 1M AINAAO adlanır.

Qaydalarla aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür.

https://www.bfb.az/az/view-file/repo-bazarinda-baglanilan-eqdler-uzre-indekslerin-he.pdf

Son xəbərlər

Orphus sistemi