“Regional” BOKT ötən ili zərərlə başa vurub

“Regional” BOKT ötən ili zərərlə başa vurub Bakı. 4 may. REPORT.AZ/ “Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2016-cı ilin maliyyə hesabatını açıqlayıb.“Report” hesabata istinadən x...
Maliyyə
4 May , 2017 09:51
“Regional” BOKT ötən ili zərərlə başa vurub

Bakı. 4 may. REPORT.AZ/ “Regional” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2016-cı ilin maliyyə hesabatını açıqlayıb.

“Report” hesabata istinadən xəbər verir ki, bu ilin əvvəlinə BOKT-un cəmi aktivləri 184 min manat olub. Bunun isə təxminən 92%-ni və yaxud 169 min manatını nağd vəsaitlər təşkil edib. “Regional”ın kredit portfeli isə cəmi 5 min manat olub.

Ötən ilin sonuna BOKT-un öhdəliyi olmayıb, başqa sözlə maliyyə qurumu yalnız kapitalı hesabına faəliyyət göstərib.

2016-cı ildə “Regional”ın faiz gəlirləri 6 min manat, faiz xərcləri 1 min manat, qeyri-faiz gəlirləri 66 min manat, qeyri-faiz xərcləri isə 187 min manat təşkil edib. Son nəticədə BOKT-un xalis əməliyyat zərəri 116 min manat olub.

Bu məbləğ isə kredit təşkilatının nizamnamə fonduna qoyulmuş 300 min manatlıq kapitalın 184 min manata düşməsi ilə nəticələnib.

Xatırladaq ki, “Regional” BOKT 2014-cü ildə yaradılıb, aktiv fəaliyyətə 2016-cı ildə keçib. 

Son xəbərlər

Orphus sistemi