​“Rabitəbank”a yeni sədr təyin olunub

​“Rabitəbank”a yeni sədr təyin olunub Bu vəzifəyə İdarə Heyətinin sədr müavini təyinat alıb
Maliyyə
27 Oktyabr , 2014 13:10
​“Rabitəbank”a yeni sədr təyin olunub
Bakı. 27 oktyabr. REPORT.AZ/ Azərbaycanın “Rabitəbank” ASC-nin səhmdarlarının ümumi yığıncağında Bankın İdarə Heyətinin sədri vəzifəsinə Elçin Qədimov təyin olunub. Bu barədə "Report"a Bankın mərkəzi ofisindən məlumat verilib.

E.Qədimov 2006-cı ildən “Rabitəbank”da İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb. Bundan əvvəl digər kommersiya banklarında çalışan E.Qədimov Azərbaycan İqtisad Universitetinin mühasibat uçotu və audit fakültəsinin bakalavr və magistr dərəcəsini bitirib, sonradan isə ABŞ-da MBA dərəcəsi üzrə təhsil alıb.

Qeyd edək ki, “Rabitəbank” 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin oktyabrın 1-nə Bankın aktivləri 261 mln. manat, məcmu kapitalı 55 mln. manat və vergilərdən əvvəl mənfəəti 3,3 mln. manat təşkil edib. Bankın xidmət şəbəkəsi 22 filial və 2 şöbədən ibarət olaraq Bakı şəhəri və 16 regionu əhatə edir.

Son xəbərlər

Orphus sistemi